Ötən il Ukrayna qoşunları üç hücum əməliyyatı həyata keçirib ki, bunlardan ikisi Rusiya ərazisində - Belqorod və Kursk vilayətlərində baş tutub.
Qaziler.az bildirir ki, RBC-Ukraynanın-nın məlumatına görə, bu barədə jurnalistlərə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski məlumat verib.
"2025-ci ildə Ukrayna Müdafiə Qüvvələri üç hücum əməliyyatı keçirib ki, bunlardan ikisi Rusiya ərazisində olub: Belqorod vilayətində və Kursk vilayətində. Üçüncü əməliyyat isə Dobropolski istiqamətində baş tutub", - deyə o bildirib.
Sırskinin sözlərinə görə, bu əməliyyatlar düşmənin Donetsk vilayətini ələ keçirmək və sözdə bufer zonaları yaratmaq planlarını puça çıxarıb.
QAZİLER.AZ



