Rusiya Silahlı Qüvvələri Sumı bölgəsindəki Popovka yaşayış məntəqəsini tutub.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi fevralın 6-da məlumat verib.
"Fevralın 5-də Sumı vilayətinin Popovka kəndi nəzarət altına alındı", - məlumatda deyilir.
Bundan əlavə, məlumatda Rusiya qoşunlarının Xarkov vilayətindəki Zelenoye məntəqəsini də tutduğu iddia edilir.
"Müdafiə Nazirliyi əlavə etdi ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin üç mexanikləşdirilmiş briqada, bir hava-mobil briqadası və iki hücum alayının birləşmələrini, eləcə də iki ərazi müdafiə briqadasını, bir Milli Qvardiya briqadasını və Ukrayna Sərhəd Xidmətinin iki sərhəd dəstəsini məhv edib", - əlavə edilib.
QAZİLER.AZ



