Kropivnitski raket və dron hücumu altında: Şəhərdə partlayış səsləri eşidilir

Kropivnitski raket və dron hücumu altında: Şəhərdə partlayış səsləri eşidilir backend

Ukraynanın Kirovoqrad vilayətinin Kropivnitski şəhərində partlayışlar baş verib. Hərbçilər raket təhlükəsi barədə xəbərdarlıq ediblər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram kanalına istinadən məlumat yayıb.

Əvvəlcə Ukrayna Hərbi Hava Qüvvələri "Kinjal" aeroballistik raketini daşıyan Rusiyaya məxsus MiQ-31K qırıcı təyyarəsinin havaya qalxdığını bildirib.

Daha sonra hərbçilər şəhərə doğru hərəkət edən yüksək sürətli hədəf barədə xəbərdarlıq ediblər və bir neçə dəqiqə sonra Kropivnitski partlayış səsləri eşidib.

Monitorinq kanalları da şəhərə idarə olunan raket hücumu barədə məlumat verir.

"Kropivnitski bu səhərdən bəri Rusiyanın dronlar və raketlərlərlə kütləvi hücumuna məruz qalıb", - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko yazıb.

QAZİLER.AZ