Rusiyanın Domodedovo və Jukovski hava limanlarında mülki təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Qaziler.az bildirir ki, bu barədə 6 fevralda "Rosaviatsia"nın Telegram kanalında məlumat verilib.
"Domodedovo və Jukovski (Ramenskoye) hava limanları. Təyyarələrin gəlişi və yola düşməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda deyilir.
Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.
QAZİLER.AZ



