İrandan gözlənilməz gediş: "Xürrəmşəhr-4" hipersəsli ballistik raketləri ilk dəfə yeraltı bunkerlərə yerləşdirildi

İrandan gözlənilməz gediş: "Xürrəmşəhr-4" hipersəsli ballistik raketləri ilk dəfə yeraltı bunkerlərə yerləşdirildi backend

Uzaqmənzilli "Xürrəmşəhr-4" hipersəsli ballistik raketləri ilk dəfə İran ərazisindəki "yeraltı raket şəhərciklərində" (bunkerlərdə) yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə yerli "Fars" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) mənbəyə istinadən məlumat yayıb.

Məlumatda iddia olunur ki, "Xürrəmşəhr-4" atmosferdən kənarda 16 Max, atmosferdə isə təxminən 8 Max sürət yığa bilir. Raketin startdan sonra İsrail sərhədlərinə çatma vaxtı isə təxminən 10-12 dəqiqə qiymətləndirilir.

"Xürrəmşəhr-4" raketi ("Xeybər" kimi də tanınır) rəsmən 2023-cü ildə təqdim edilib. Bəyan edilmiş uçuş mənzili təxminən 2 000 km, döyüş başlığı isə təxminən 1 500 kq-dır.