Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 5-də bildirib ki, Almaniya kansleri Fridrix Merts ölkəsini müharibəyə hazırlayır.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat verir.
“Əvvəlcə o (Merts. – Red.) hərbi ehtiyaclara görə xərclərə qoyulan konstitusiya məhdudiyyətlərini aradan qaldırdı.Və sonra dedi ki, bütün bunlar Almaniyanın yenidən - bu sözü vurğulayıram - yenidən Avropanın əsas hərbi gücünə çevrilməsi üçün lazımdır. Praktikada onun etdikləri müharibəyə hazırlıqdır", - Lavrov verdiyi müsahibədə deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, kanslerin hərəkətləri "onun mentalitetini və düşüncələrinin hansı istiqamətdə hərəkət etdiyini açıq şəkildə əks etdirir".
QAZİLER.AZ
.



