Rusiya işğalçıları Lvov yaxınlığındakı vacib infrastruktur obyektinə hücum etməyə cəhd ediblər. Düşmən dronu vurulub.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna telekanalı Lvov meri Andrey Sadovoyun Telegram-dakı açıqlamasına istinadən məlumat yayıb.
"Düşmən pilotsuz təyyarəsi Lvov icmasında zərərsizləşdirilib. Bu, vacib infrastruktur obyektinə hücum idi", - Sadovoy qeyd edib.
O, hücum zamanı heç kimin xəsarət almadığını qeyd edib. Yanğın və ya ciddi ziyan barədə məlumat verilməyib.
QAZİLER.AZ



