Polşa Donbası Rusiyanın bir hissəsi kimi tanımayacaq - Donald Tusk

Polşa Donbası Rusiyanın bir hissəsi kimi tanımayacaq - Donald Tusk backend

"Polşa Donbası Rusiyanın bir hissəsi kimi tanımaq niyyətində deyil"

Qaziler.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra bildirib.

Tusk Rusiya mediasının Kremlin təkcə bütün Donbasın verilməsini deyil, həm də onun rəsmi olaraq Rusiyanın bir hissəsi kimi tanınmasını tələb etməsi barədə yaydığı xəbərlərə münasibət bildirib.

Tusk öz növbəsində ərazinin Rusiyanın bir hissəsi kimi tanınmasının bütün ölkələr tərəfindən dəstəklənməyəcəyini bildirib. Vladimir Zelenski də bu barədə şərh verib.

"Kimsə ərazilərimizi Rusiya əraziləri kimi tanısa belə, bu, onlara heç nə qazandırmayacaq", - Zelenski qeyd edib.

QAZİLER.AZ