Moskvada erməni apostol kilsəsini və bütün ermənilərin katolikosunu müdafiə etmək üçün etiraz aksiyası keçirilib.
Qaziler.az news.am-a istinadən bildirir ki, Rusiyada yaşayan bir çox erməni qanunsuz həbs olunmuş ruhanilər və milli xeyriyyəçi Samvel Karapetyanın azadlığa buraxılmasını tələb edərək Ermənistan hakimiyyətinə qarşı etirazlarını və dözümsüzlüklərini bildiriblər.
Etirazçılar hesab edirlər ki, kilsəyə və Bütün Ermənilərin Katolikosuna qarşı konstitusiyaya zidd hərəkətlər qəbuledilməzdir.
Etirazçılardan biri bildirib ki, Nikol Paşinyan Erməni Kilsəsini birbaşa öz nəzarəti altına almaq istəyir.
QAZİLER.AZ



