Rusiyanın əməkdar artisti Olqa Çipovskaya vəfat edib

Rusiyanın əməkdar artisti Olqa Çipovskaya vəfat edib backend

Rusiyanın Əməkdar Artisti Olqa Çipovskaya vəfat edib.

Qaziler.az bildirir ki, Vaxtanqov Teatrının mətbuat xidməti bu barədə 4 fevralda məlumat verib.

"Rusiyanın əməkdar artisti Olqa Yevgenievna Çipovskaya vəfat edib. Olqa Çipovskayanın lirizmi və cazibəsi səhnədəki ilk addımlarından özünü göstərirdi", - teatrın Telegram kanalı xəbər verir.

Teatr əlavə edib ki, dəfn mərasiminin tarixi və vaxtı daha sonra açıqlanacaq.

Çipovskaya 1980-ci ildə Boris Şukin adına Teatr Məktəbini bitirib və həmin il Vaxtanqov Teatr truppasına qoşulub.

QAZİLER.AZ