Simonyan və Lavrov Moskvada görüşəcək - Rusiya XİN

Simonyan və Lavrov Moskvada görüşəcək -  Rusiya XİN backend

Ermənistan Parlamentinin sədri Alen Simonyan Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinqdə məlumat verilib.

Danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri və mövcud regional gündəliyin müzakirəsi planlaşdırılır. Tərəflər Moskva və Yerevanın ortaq Avrasiya inteqrasiya strukturları çərçivəsində qarşılıqlı əlaqələrinə və bu sahədə dialoqun inkişafına xüsusi diqqət yetirmək niyyətindədirlər.

Alen Simonyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyətinin 4-7 fevral tarixlərində Rusiyaya səfəri planlaşdırılır.

QAZİLER.AZ