Əməliyyat zamanı xəstədən 295 böyrək daşı çıxarıldı

Əməliyyat zamanı xəstədən 295 böyrək daşı çıxarıldı backend

Türkiyənin Ağrı bölgəsində əvvəllər 21 daş əməliyyatı keçirmiş bir xəstəyə məxsus böyrək daşları 295 hissədə uğurla çıxarılıb.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Ağrı Vilayət Səhiyyə İdarəsinin açıqlamasına görə, əvvəllər açıq, perkutan və endoskopik üsullarla 21 böyrək daşı əməliyyatı keçirmiş 57 yaşlı Əbdürrəhman B. xəstəliyi səbəbindən Ağrı Təlim və Araşdırma Xəstəxanasında müalicə alıb.

Urologiya mütəxəssisi Op. Dr. Kayhan Tarım və komandası xəstənin böyrəyində ümumi ölçüsü təxminən 6 santimetr olan çoxsaylı daş aşkar ediblər.

Dr. Tarımın apardığı əməliyyat zamanı daşlar xəstənin böyrəyindən 295 hissədə uğurla çıxarılıb.

Əməliyyatdan sonra Əbdürrəhman B. evə buraxılıb.

QAZİLER.AZ