Ermənistanın dövlət sərhədini qanunsuz keçmə cəhdi ilə bağlı cinayət işi başlanılıb. Bununla bağlı yeddi nəfər həbs edilib.
Qaziler.az bildirir ki, bu barədə NEWS.am-a Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.
Xatırladaq ki, "Azadlıq" radiosu öz mənbələrinə istinadən bir qrup Banqladeş vətəndaşının Ermənistandan İranla dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiyini bildirmişdi. Məlumata görə, həmin şəxslər Eermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
QAZİLER.AZ



