İstanbulun Sarıyer bölgəsindəki Kısırkaya sahillərində Komor Adaları bayrağı altında üzən 100 metr uzunluğundakı yük gəmisinin xilas edilməsi üçün səylərə başlanılıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.
Komor Adaları bayrağı altında üzən və Rumıniyadakı Konstansa Limanından Bosfor boğazında lövbər salmaq üçün yola çıxan 100 metr uzunluğundakı "Razouk" yük gəmisi naməlum səbəbdən Türkiyənin Kısırkaya sahilində quruya oturub.
Məlumatdan sonra Sahil Təhlükəsizliyi Baş İdarəsinin qrupları əraziyə göndərilib.
Gəminin xilas edilməsi əməliyyatı davam edir.
QAZİLER.AZ



