Peskov Zelenskinin Donbası təslim etməkdən imtina etməsinə cavab olaraq cəbhədəki dinamikanı xatırlatdı.
Cəbhədəki dinamika öz sözünü deyir.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Ukrayna Prezidenti Vladimir Zelenskinin Kiyevin Donbası döyüşsüz "təslim etməyəcəyi" vədinə belə münasibət bildirib.
"Donbasa gəldikdə isə, cəbhədəki dinamika öz sözünü deyir və nəsə əlavə etməyə ehtiyac yoxdur", - Peskov deyib.
QAZİLER.AZ



