Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ukraynalı artistlərin "Qu gölü" baletinin ifası ilə bağlı qalmaqala münasibət bildirib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, 30 yanvarda keçirilən brifinqdə deyil.
Rusiya XİN sözçüsü zarafatla Kiyev rejiminin dövri cədvəl də daxil olmaqla, ümumilikdə rus dilində olan hər şeyə qadağa qoymağa davam etməsini təklif edib.
"Ukrayna dövri cədvəli nə vaxt qadağan edəcək?" - deyə Zaxarova soruşub.
Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, Çaykovskinin baleti ilə bağlı qalmaqala bənzər hadisə yalnız zarafatda və ya Ukraynada mümkündür.
Zaxarova hesab edir ki, bu cür hərəkətlər Kiyevin özünü tamamilə "ləğv etməsi"nə səbəb ola bilər.
QAZİLER.AZ



