Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işğal altında olan Ukraynanın Donbas vilayəti üçün guya Qrenlandiyanın "nümunəsini izləyərək" "öz müqəddəratını təyinetmə" imkanı ilə bağlı BMT-yə müraciətini lağa qoyub.
Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgiy Tixiy yazıb.
Tixiy xatırladıb ki, Rusiya rejimi BMT-dən müvəqqəti olaraq Rusiya tərəfindən işğal edilən Donbasın "öz müqəddəratını təyinetmə"sini tanıyıb-tanımayacağı ilə bağlı müraciət edib. Eyni zamanda, Rusiya Federasiyası Danimarkanın bir hissəsi olan, lakin geniş muxtariyyətə malik olan Qrenlandiya nümunəsindən istifadə etməyə çalışır.
“Kimsə bu axmaqlara deməlidir ki, BMTnin artıq reaksiya verib: 2022-ci ilin oktyabrında BMT Baş Assambleyasının 143 üzvü Rusiyanın qanunsuz torpaq zəbtini rədd etdi. Bingo kartı: Ukraynadan rədd olun”, - deyə Tixiy yazıb.
QAZİLER.AZ



