Qrenlandiya böhranı gələcəkdə oxşar ssenaridə Ukraynadan ərazi ələ keçirmək üçün istifadə edilə bilər.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verdiyi kimi, Ukrayna Prezidenti Volodimir Zelenski bunu jurnalistlərlə görüşündə bildirib.
"Qrenlandiya ilə bağlı baş verənlər o qədər spesifikdir ki, sabah onlar bundan sizin və bizim ərazilərimizi əlimizdən almaq və de-yure tanımaq üçün istifadə edə bilərlər. Buna həm də belə baxmaq lazımdır", - Zelenski deyib.
Dövlət başçısının sözlərinə görə, Danimarkaya dəstək üçün onlarla əsgər göndərilirsə bu da vacib siqnaldır.
QAZİLER.AZ



