Birləşmiş Millətlər Təşkilatının Baş katibi António Guterres Donbas və Krım əhalisinin öz müqəddəratını təyin etmək hüququnu inkar etməklə Qərb təbliğatının bələdçisinə çevrilib.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 30 yanvarda bildirib.
"Biz təkcə BMT Katibliyindən deyil, həm də Birləşmiş Millətlər Təşkilatının Baş katibindən təəccüblü, qəribə bir bəyanat eşitdik. Yanvarın 29-da BMT-nin Baş katibi Antonio Quterreş daha bir qəribə bəyanat verərək iddia etdi ki, öz müqəddəratını təyinetmə prinsipi Krım və Donbasdakı vəziyyətə tətbiq olunmur", - deyə o, brifinqdə bildirib.
Diplomat xatırladıb ki, bir müddət əvvəl BMT Baş katibinin sözçüsü Stefan Düjarrik beynəlxalq təşkilatın Qrenlandiya xalqının öz müqəddəratını təyin etmək hüququnu tanıdığını bildirmişdi.
QAZİLER.AZ



