Kiyev sakini Ukraynadan qaçmağa çalışarkən Karpat dağlarında azıb.
Qaziler.az bildirir ki, TASS bu barədə Dövlət Sərhəd Xidmətinə istinadən məlumat yayıb.
35 yaşlı ukraynalı sərhədi yüksək dağlıq ərazidən qanunsuz keçməyə cəhd edib. Lakin hava şəraiti onun təkbaşına hərəkət etməsinə mane olub.
Xilasedicilər kişini təxliyə edib və xəstəxanaya yerləşdiriblər. Ona hipotermiya diaqnozu qoyulub.
QAZİLER.AZ



