Şavkat Mirziyoyev və həyat yoldaşı Ankarada belə qarşılandı - VİDEO - FOTO

Şavkat Mirziyoyev və həyat yoldaşı Ankarada belə qarşılandı - VİDEO - FOTO backend

Özbəkistan Prezidenti və bu ölkənin birinci xanımı Türkiyənin paytaxtına rəsmi səfərə gəliblər.

"Esenboğa" Beynəlxalq Hava Limanında Şavkat Mirziyoyeva və Ziroat Mirziyoyevanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı qarşılayıblar.

Qaziler.az bildirir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Hər iki ölkənin dövlət bayraqları qaldırılıb və fəxri qarovul dəstəsi düzülüb. Birinci xanımların iştirakı ilə iki dövlət başçısı arasında qısa görüş də keçirilib.

Söhbət zamanı dövlət başçıları hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində Özbəkistan-Türkiyə münasibətlərinin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Səfər proqramına uyğun olaraq, bu gün "Ak Saray" iqamətgahında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilib. Danışıqlar zamanı siyasi, ticarət-iqtisadi, investisiya, nəqliyyat, enerji, mədəni, humanitar və digər prioritet sahələrdə praktik əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər hərtərəfli şəkildə müzakirə olunub.

Ankarada həmçinin Hatay vilayətinin Arsuz rayonunda "Özbəkistan" yaşayış kompleksinin açılış mərasimi və İstanbulda özbək məktəbinin açılış mərasimi keçiriləcək.

QAZİLER.AZ