Erməni nazir: İrəvan və Bakı mayeləşdirilmiş qazın Azərbaycan vasitəsilə tədarükü barədə razılığa gəliblər

Erməni nazir: İrəvan və Bakı mayeləşdirilmiş qazın Azərbaycan vasitəsilə tədarükü barədə razılığa gəliblər backend

İrəvanla Bakı arasında mayeləşdirilmiş qaz və bitumun Azərbaycan ərazisi vasitəsilə dəmir yolu ilə daşınması barədə razılaşma əldə olunub.

"report"un Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial şəbəkə hesabında yazıb.

"Bizim sahibkarlar artıq bu imkandan yararlana bilərlər", – nazir qeyd edib.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalı zamanı bu ölkəyə yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərarını elan edib. O vaxtdan indiyədək bu istiqamətdə birbaşa və tranzit dəmir yolu daşımaları həyata keçirilir.

Azərbaycandan ilk neft məhsullarının partiyası 2025-ci ilin dekabr ayında Ermənistana çatdırılıb və bu, 1 220 ton Aİ-95 benzini təşkil edib. İkinci və üçüncü partiyalar müvafiq olaraq 9 və 11 yanvar tarixlərində həyata keçirilib.