Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşa Prezidenti Karol Navrotskinin "Auşvitz-Birkenau" nasist düşərgəsinin sovet əsgərləri tərəfindən azad edilməsini tanıması ilə bağlı açıqlamalarını Holokost qurbanlarının xatirəsinə istehza adlandırıb.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, diplomat bu açıqlamanı yanvarın 27-də verib.
"Bu, Holokost qurbanlarının xatirəsinə istehzadır", - Zaxarova "İzvestiya"ya verdiyi müsahibədə vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Polşa prezidentinin Auşvitz Muzeyinin ərazisində keçirilən anım konfransında Sovet İttifaqının İkinci Dünya Müharibəsinin başlamasında və Holokost faciəsinə səbəb olmasında guya günahkar olması ilə bağlı açıqlamasına müvafiq cavab verib.
QAZİLER.AZ



