Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Ninoaba bayramı münasibətilə 59 nəfəri əfv edib.
Qaziler.az bildirir ki, administrasiya bu barədə məlumat verib.
Əfv 57 məhkum şəxsə şamil edilib və iki nəfərin məhkumluğu ləğv edilib.
"Gürcüstan Prezidentinin Konstitusiya ilə ona verilən müstəsna səlahiyyətlərdən istifadə etməsi humanizm prinsipinə və dövlətin maraqlarına əsaslanır", - məlumatda deyilir.
QAZİLER.AZ



