Rusiyada hipermarketdən bir tondan çox xiyar, 400 kq banan oğurlayan şəxs tutuldu

Rusiyada hipermarketdən bir tondan çox xiyar, 400 kq banan oğurlayan şəxs tutuldu backend

Tümendə 31 yaşlı yerli sakin hipermarketlərdən bir sıra meyvə-tərəvəz oğurluqlarında şübhəli bilinərək saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Tümen vilayəti üzrə rəsmi saytında 27 yanvarda məlumat verilib.

İdarənin məlumatına görə, cinayətkar bir həftə ərzində səkkiz oğurluq törədib: o, Alebaşevskaya küçəsindəki mağazadan 1,4 ton xiyar və Melnikayte küçəsindəki hipermarketdən 400 kq banan oğurlayıb. Ümumi ziyan 300.000 rubl təşkil edir.

"Kişi mağazalara girib, palet domkratını götürüb, mal qutularını yükləyib, özünəxidmət kassa aparatlarında yalnız kiçik bir hissəni ödəyib, sonra mağazadan çıxıb. Təhlükəsizlik işçiləri onu saxlamağa çalışanda o, qəbzi göstərib və hər şeyin pulunu ödədiyini iddia edib", - polis bildirib.

Dindirmə zamanı saxlanılan şəxs oğurladıqlarını şəxsi VAZ-2104 avtomobilində daşıdığını və şəhər bazarındakı köşkündə satdığını etiraf edib.

Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 158-ci maddəsinin 1-ci hissəsi ("Oğurluq") ilə cinayət ittihamları irəli sürülüb. Bu maddə iki ilə qədər həbs cəzası nəzərdə tutur.

QAZİLER.AZ