İran rialı rekord səviyyədə aşağı düşüb

İran rialı rekord səviyyədə aşağı düşüb backend

İranda geniş yayılmış etirazlar fonunda İran rialı rekord səviyyədə aşağı düşüb.

Qaziler.az bildirir ki, bununla bağlı “Reuters” valyuta izləmə saytlarının məlumatlarına istinadən məlumat yayıb.

İran valyutası sanksiyaların təzyiqi və iqtisadi problemlər səbəbindən illər ərzində əhəmiyyətli dərəcədə devalvasiyaya uğrayıb və bu da İran rialının rəsmi olaraq dünyada ən ucuz valyuta olmasına gətirib çıxarıb.

27 yanvar tarixinə olan məlumata görə, İran rialı sərbəst bazarda ABŞ dolları üçün təxminən 1.468.000 rial səviyyəsində ticarət olunur. Rəsmi hökumət tərəfindən subsidiyalaşdırılan məzənnə isə təxminən 42.000 rial/dollardır.

1000 İran rialının Azərbaycan manatına nisbətdə məzənnəsi təxminən 0.04 azn təşkil edir.

QAZİLER.AZ