Tanınmış rusiyalı teleaparıcı və aktrisa Veronika Qaniç 59 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, Qaniçin əməkdaşlıq etdiyi "Dadın coğrafiyası" televiziya layihəsinin komandası bu barədə VKontakte səhifəsində məlumat verib.
"Bu dəhşətli itkiyə görə sonsuz kədərlənirik və sonsuz acı duyuruq. Lakin Nikanın enerjisi bizimlə qalacaq - başladığı və xatirəsində davam etdirəcəyimiz işdə. Xoş xatirələrlə xatırlayacayıq. Ailəsinə və dostlarına başsağlığı veririk", - deyə paylaşımda bildirilir.
Qaniçin ölüm səbəbi dəqiqləşdirilməyib.
QAZİLER.AZ



