"Mənim gözəl dayəm" serialında rol alan aktrisa vəfat edib

"Mənim gözəl dayəm" serialında rol alan aktrisa vəfat edib backend

"Mənim gözəl dayəm" teleserialındakı rolu ilə tanınan aktrisa Yelena Torşina vəfat edib.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, aktyor Stanislav Sadalski bu xəbəri 23 yanvarda açıqlayıb.

"Dəhşətli xəbər: Lena Torşina vəfat edib. O, parlaq aktrisa, mənim ən yaxşı və istedadlı səhnə partnyorlarımdan biri idi", - deyə o, "LiveJournal" bloq yazısında yazıb.

Sadalski Torşinanın son zamanlar bir çox çətinliklərlə üzləşdiyini bildirib: valideynləri vəfat edib və o, bağ evini satarkən fırıldaqçılığın qurbanı olub.

QAZİLER.AZ