Tverin Mirnı qəsəbəsində üç nəfər evdə yanaraq ölüb.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsinin məlumatına görə, Tver vilayətinin Mirnı kəndində yaşayış binasında üç nəfər yanaraq ölüb.
İdarədən verilən məlumata görə, yanğınsöndürənlər yanğını söndürərkən cəsədləri aşkar ediblər.
Hadisənin səbəbi araşdırılır.
Daha əvvəl Petropavlovsk-Kamçatskidə baş verən yanğında iki böyük və iki uşağın diri-diri yandığı bildirilmişdi.
Rusiya şəhərinin sakinləri faciəni yanğınsöndürənlərin və təcili yardım maşınlarının hadisə yerinə tez çatmasına mane olan təmizlənməmiş qar yığınları ilə əlaqələndirdilər.
QAZİLER.AZ



