Rusiyanın Leninqrad vilayətinin Vıborq şəhərində həkimlər tibbi yardıma ehtiyacı olan 14 yaşlı məktəblini xilas edə bilməyiblər.
Qaziler.az bildirir ki, Rusiya Regional İstintaq Komitəsi onun ölümü barədə Telegram-da məlumat verib.
Nəşrin yazdığına görə, bədən tərbiyəsi dərsində şağirdin vəziyyəti anidən pisləşib.
Hadisə yerinə gələn təcili yardım işçiləri reanimasiya tədbirləri görsələr də, oğlan özünə gələ bilməyib.
Onun səhhətində hər hansı problem olub-olmadığı məlum deyil.
Səhlənkarlıqdan ölümə səbəbolma maddəsi ilə cinayət işi açılıb. Hadisənin dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.
QAZİLER.AZ



