Sankt-Peterburqda qadın polis bölməsini yandırdığına görə 10 il həbs cəzası aldı

Sankt-Peterburqda qadın polis bölməsini yandırdığına görə 10 il həbs cəzası aldı backend

Sankt-Peterburq sakini Anna Osipova rayon polis bölməsini yandırdığına görə 10 il həbs cəzasına məhkum edilib.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə 23 yanvarda şəhər prokurorluğu məlumat verib.

"Məhkəmə müəyyən etdi ki, Osipova naməlum şəxsdən ani mesajlaşma yolu ilə aldığı təlimatlara əməl edərək, tezalışan qarışıq hazırlayıb və sonra 23 may 2025-ci ildə Korablestroiteley küçəsindəki polis bölməsinin pəncərəsindən üç şüşə atıb", - agentliyin Telegram kanalında məlumat verilib.

Anna Osipova terror aktı törətməkdə təqsirli bilinib. O, ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkmək üçün 10 il müddətinə azadlıqdan məhrum edilib.

QAZİLER.AZ