Rusiya Silahlı Qüvvələri Xarkov vilayətindəki Siminovkanı tutub.
Rusiya qoşunları Xarkov bölgəsindəki Siminovkanı azad etdi. Əməliyyatda "Şimal" qüvvələr qrupunun hərbçiləri iştirak etdi.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Telegram kanalında məlumat verib.
""Şimal" hərbi qrupunun bölmələrinin aktiv hücum əməliyyatları nəticəsində Xarkov vilayətinin Siminovka kəndi üzərində nəzarəti ələ alıb", - məlumatda deyilir.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, Rusiya qoşunları yanvarın 19-da Zaporojye bölgəsindəki Pavlovkanı və Donetskdə Novopavlovkanı tutub. Əməliyyatlarda "Dnepr" və "Mərkəz" hərbi qruplaşmalarının döyüşçüləri iştirak edib.
QAZİLER.AZ



