Ukrayna Avropanın birləşmiş qüvvələrinin əsasını təşkil edə bilər, amma... - Zelenski

Ukrayna Avropanın birləşmiş qüvvələrinin əsasını təşkil edə bilər, amma... - Zelenski backend

Ukrayna vahid Avropa qüvvələrinin təməli ola bilər, amma bu, yalnız Rusiya ilə müharibədən sonra mümkündür. Əsas diqqət cəbhəyə yönəldiyindən, hazırda buna vaxt yoxdur.

Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərlə görüşündə bildirib.

“Bizim müharibə təcrübəsi olan çox böyük ordumuz var. Ukrayna ordusu vahid Avropa qüvvələrinin əsasını təşkil edə bilər. Bunun üçün bir neçə addım tələb olunur ki, bu gün buna vaxtımız yoxdur”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, hüquqi və bürokratik addımlar var və maliyyə mənbələrini cəlb etmək də vacibdir.

"Cəbhəyə diqqət yetirdiyimiz üçün buna vaxtımız yoxdur. Müharibə bitən kimi mütləq bu quruma qoşulacağıq. Avropanın indi edə biləcəyi şey bütün maliyyə bazasını hazırlamaqdır", - deyə prezident əlavə edib.

QAZİLER.AZ