Gürcüstanın Həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvili milyarder, hakim Gürcü Arzusu partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvilini debata çağırıb.
Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn" xəbər verir.
"Əgər İvanişvili qorxmursa, məni debatlara qatsınlar, hətta birbaşa həbsxanadan olsa belə! Bəs məhkəmə zalından debatlara qoşulmağımı qadağan ediblərsə, biz nədən danışırıq ki?!", - bu barədə Saakaşvilinin Facebook səhifəsindəki paylaşımda deyilir.
Keçmiş prezidentin reaksiyası Gürcüstanın baş nazir İrakli Kobaxidzenin açıqlamasından sonra baş verdi. Bir gün əvvəl o, "debatların bərpasının" hökumətinin əsas prioritetlərindən biri olacağına söz vermişdi.
QAZİLER.AZ



