Türkiyə SQ-nin Baş Qərargah rəisi amerikalı həmkarı ilə regional məsələləri müzakirə edib

Türkiyə SQ-nin Baş Qərargah rəisi amerikalı həmkarı ilə regional məsələləri müzakirə edib backend

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu ABŞ-dən olan həmkarı Den Keyn ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" hesabında məlumat yayıb.

NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri Toplantısı çərçivəsində keçirilən görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.