Rusiyada "KamAZ"ın iştirakı ilə ağır yol qəzası: ölənlər var

Rusiyada "KamAZ"ın iştirakı ilə ağır yol qəzası: ölənlər var backend

Tatarıstanda "Kia" və "KamAZ"ın toqquşması nəticəsində üç nəfər ölüb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Tatarıstanın Ağrız rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə ölümlənəticələn yol qəzası baş verib. İlkin araşdırmalar göstərir ki, "Kia" markalı avtomobilin sürücüsü qarşı zolağa çıxaraq "KamAZ"ilə toqquşub.

Qəza nəticəsində xarici avtomobilin sürücüsü və iki sərnişini həyati təhlükə yaradan xəsarətlər alıb və hadisə yerində ölüblər.

Hazırda polis qəzanın səbəblərini araşdırır və təcili yardım xidmətləri hadisə yerində işləyir.

QAZİLER.AZ