Şairə Vera Polozkova (Rusiyada terrorçu və ekstremist kimi qeydə alınıb) Rusiyada axtarışa verilib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə 22 yanvarda Rusiya Daxili İşlər Nazirliyinin axtarışa verilənlər bazasında məlumat verilib.
"Axtarışın səbəbi: Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olan... Vera Nikolayevna Polozkova", - məlumat bazasında deyilir.
"İzvestiya" verdiyi məlumatda şairənin cinayət məcəlləsinin hansı maddəsi ilə axtarıldığını yazmayıb
Rosfinmonitoring ötən ilin 25 fevralında Polozkovanı Rusiyada terrorçu və ekstremist siyahısına əlavə edib.
QAZİLER.AZ



