İran kütləvi etirazlar zamanı ölənlərin sayını açıqlanıb

İran kütləvi etirazlar zamanı ölənlərin sayını açıqlanıb backend

“İrandakı etirazlarda 3117 sakin həlak olub”.

Qaziler.az xəbər verir ki, bu barədə “Press TV” İranın Məhkəmə Tibbi Ekspertizası Təşkilatının məlumatlarına istinadən məlumat yayıb.

Təşkilatın məlumatına görə, bu rəqəmə həm mülki şəxslər, həm də İranın təhlükəsizlik qüvvələrinin üzvləri daxildir.

Qeyd edək ki, İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta olan İran rialının devalvasiyasından sonra başlayıb. Buna cavab olaraq, hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib, polis etirazçılarla mübarizə aparmaq üçün göz yaşartıcı qaz və rezin tüfənglərindən istifadə edib. Tehran iğtişaşlarda xarici qüvvələri günahlandırıb. Ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, etirazlarda ABŞ və İsrail iştirak edib.

QAZİLER.AZ