"Ukrenerqo"nun keçmiş rəhbəri elektrik cərəyanı vurması nəticəsində ölüb

"Ukrenerqo"nun keçmiş rəhbəri elektrik cərəyanı vurması nəticəsində ölüb backend

"Ukrenerqo"nun keçmiş rəhbəri Aleksey Brext yarımstansiyada elektrik cərəyanı vurması nəticəsində ölüb.

Qaziler.az bildirir ki, bu barədə "RBK-Ukrayna" xəbər verir.

Məlumata görə, hadisə yanvarın 21-də baş verib.

Hadisənin başvermə şəraiti ilə bağlı məlumatlı olan  mənbə bildirib ki, Brext "Ukrenerqo" yarımstansiyasında məftili tutarkən onu elektrik cərəyanı vurub.

Ukraynanın Energetika Nazirliyi Brextin ölümünü təsdiqləyib. Nazirlik qeyd edib ki, Brext 2024-2025-ci illər ərzində Ukrenergo şirkətinin idarə heyətinin sədri vəzifəsini icra edib. Daha sonra o, elektrik şəbəkəsinin istismarı və bərpasından məsul olub.

QAZİLER.AZ