Qırğızıstanda gecə spirtli içki satışı qadağan edilə bilər

Qırğızıstanda gecə spirtli içki satışı qadağan edilə bilər backend

Qırğızıstan gecə spirtli içkilərin satışına məhdudiyyətlər qoymağı planlaşdırır.

Qaziler.az bildirir ki, bu barədə "Kazinform" xəbər verir.

Müvafiq qanun layihəsi ictimai müzakirəyə təqdim edilib.

Qeyd olunur ki, bu ölkədə məişət zorakılığı hadisələrinin təxminən 75%-i spirtli içkinin təsiri altında baş verir. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2019-cu ildə məişət zorakılığı ilə bağlı 8159 məlumat qeydə alınıb və bu halların 70%-i spirtli içkilərin sui-istifadə edildiyi ailələrdə baş verib.

Axşam və gecə spirtli içki təsiri altında olan şəxslər tərəfindən törədilən cinayətlərdə də artım müşahidə olunub. Bundan əlavə, spirtli içki sərxoşluğu yol qəzalarının ümumi səbəbidir. 2024-cü ilin əvvəlindən bəri 3754 sərxoş sürücü müəyyən edilib ki, onlardan 65-i qəza törədib, nəticədə 117 nəfər xəsarət alıb, iki nəfər isə ölüb.

Qeydolunur ki, tətbiq olunaçaq məhdudiyyətlər cinayət nisbətlərinin, yol qəzalarının və gecə spirtli içki istehlakı ilə əlaqəli digər mənfi nəticələrin azaldılmasına kömək edəcək.

QAZİLER.AZ