2025-ci ildə Ermənistan hibrid təhdidlərin müxtəlif təzahürləri ilə üzləşib.
APA “Armenpress”ə istinadən xəbər verir ki, bu, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında öz əksini tapıb.
Bildirilib ki, 2026-cı ildə keçiriləcək parlament seçkiləri səbəbindən bu təhdidlərin daha əhatəli, daha mürəkkəb və daha geniş yayılacağı ehtimal olunur.
Qeyd olunub ki, "Ermənistana qarşı hibrid hərəkətlər bir sıra məqsədləri, o cümlədən sülhün bərqərar olması ehtimalını, sülhün nailiyyətlərini və onunla əlaqəli müsbət atmosferi dəyərdən salmağı, Ermənistanın maraqlarına qarşı yönəlmiş gizli razılaşmaların olduğuna dair sui-qəsdçi düşüncələr səpməyi və s. güdür".
“2026-cı il ərzində xüsusilə TRIPP layihəsinə təsir göstərməyə yönəlmiş hibrid hərəkətlər, çox güman ki, xeyli aktivləşəcək”, - hesabatda deyilir.



