Ukraynaya qırıcı təyyarələrin verilməsi sual altındadır: Çexiyada siyasi mübahisə

Ukraynaya qırıcı təyyarələrin verilməsi sual altındadır: Çexiyada  siyasi mübahisə backend

Çex Respublikasında "Azadlıq və Birbaşa Demokratiya" (SPD) koalisiya partiyası və müdafiə naziri Yaromir Zuna Ukraynaya L-159 döyüş təyyarələrinin satışına qarşı çıxır.

"Qaziler.az bildirir ki, "Ceske Noviny"nın verdiyi məlumata görə, bu barədə SPD sədri və Deputatlar Palatasının spikeri Tomio Okamura bildirib.


Okamuranın sözlərinə görə, təyyarələrin qalıq dəyəri aşağıdır, lakin onların döyüş dəyəri yüksək olaraq qalır. O, əvəzedicilərin alınmasının Çexiya Respublikasına bu təyyarələrin potensial satışından xeyli baha başa gələcəyini vurğuladı.

"Bunlar istismardan çıxarılan təyyarələr deyil, ordunun texnikasının bir hissəsidir. Hər halda, biz yenilərini almalı olacağıq", - deyə o qeyd edib.

QAZİLER.AZ