Rusiya Ordusu (RF Silahlı Qüvvələri) Ukraynanın Donetsk vilayətində Novopavlovka və Zaporojye vilayətinin Pavlovka yaşayış məntəqələrini tutub.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi 19 yanvarda məlumat verib.
"Qətiyyətli hərəkətlər nəticəsində Mərkəz qüvvələr qrupunun bölmələri Donetskin Novopavlovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Aktiv hərəkətlər nəticəsində Dnepr qüvvələr qrupunun bölmələri Zaporojjya bölgəsinin Pavlovka yaşayışməntəqəsini tutub", - deyə idarədən bildirilib.
Həmçinin qeyd edilib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin (USQ) uzaqmənzilli pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrinə, enerji və nəqliyyat infrastrukturu obyektlərinə və 152 rayonda Ukrayna qüvvələrinin yerləşdirilmə məntəqələrinə zərbələr endirib. Bu məqsədlə taktiki aviasiya, hücum dronları, raket qüvvələri və artilleriya cəlb edilib.
QAZİLER.AZ



