"Fitch Ratings" agentliyi Ermənistanın reytinqini stabildən müsbətə doğru dəyişdirib.
Oxu.Az xəbər verir ki, məlumatı Ermənistan mediası yayıb.
Bildirilir ki, "Fitch"in analitikləri 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla əldə edilən və qısamüddətli eskalasiya risklərini azaldan sülh razılaşmalarını nəzərə alıblar. Bununla belə, ekspertlər qeyd edirlər ki, qarşıdan gələn parlament seçkisi və konstitusiya dəyişiklikləri ilə bağlı mümkün referendum səbəbindən sülh danışıqlarının başa çatması ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.
Baş nazir Nikol Paşinyan artıq reytinqə münasibət bildirib.
"Bu, Ermənistanın iqtisadi siyasətinin və institusional sabitliyinin qlobal bazarlarda keyfiyyətcə yeni çəki qazandığının ekspertlər tərəfindən təsdiqlənməsi deməkdir. Bu, ölkəmizin iqtisadi dayanıqlığı və siyasi iradəsi nəzərə alınmaqla etimad ərizəsidir", - deyə o vurğulayıb.



