Özbəkistanda kitab oxuyan məhkumların cəzası azaldılacaq

Özbəkistanda kitab oxuyan məhkumların cəzası azaldılacaq backend

Özbəkistanda xüsusi komissiya məhkumların kitabları oxuduğunu təsdiqləyəcək. Buna əsasən məhkəmə onların cəzasını ildə 30 günə qədər endirə bilər.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Özbəkistan Ədliyyə Nazirliyinin məlumatına görə, bir sıra qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilib və reabilitasiya yoluna qədəm qoymuş məhkumlar üçün cəza müddətinin daha qısaldılması nəzərdə tutulub.

Dəyişikliklərə əsasən, şərti azadlığa buraxılma hüququ olan şəxslərin cəzaları kitab oxuduqları üçün azaldıla bilər.

Xüsusi komissiya məhkum edilmiş şəxsin düzgün mənəvi və əxlaqi dəyərlərin tərbiyəsinə yönəlmiş müvafiq qaydada təsdiq edilmiş kitablar siyahısından kitablar oxuduğunu təsdiqləməlidir.

Oxunan hər kitab üçün cəza müddəti üç gün azaldıla bilər, lakin bir il ərzində 30 gündən çox olmamalıdır.

QAZİLER.AZ