Batumidə Ukrayna vətəndaşı külli miqdarda narkotiklə saxlanılıb

Batumidə Ukrayna vətəndaşı külli miqdarda narkotiklə saxlanılıb backend

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan polisinin əməkdaşları 1998-ci il təvəllüdlü Ukrayna vətəndaşını xüsusilə külli miqdarda narkotik maddələrin qanunsuz əldə edilməsi, saxlanması və satışına kömək etmək ittihamı ilə saxlayıb.

Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin Batumidəki şəxsi və müvəqqəti yaşayış yerində aparılan axtarış zamanı xüsusilə külli miqdarda narkotik metadonu sübut kimi müsadirə ediblər. Narkotik qablaşdırma materialları da aşkar edilərək götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 260¹  maddələri ilə aparılır ki, bu maddələr 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası nəzərdə tutur.

QAZİLER.AZ