Rusiyada avtobus qəzasında yeddi nəfər xəsarət alıb

Rusiyada avtobus qəzasında yeddi nəfər xəsarət alıb backend

Rusiyanın Vladimir vilayətinin Murom şəhərində avtobus qəzasında yeddi nəfər xəsarət alıb.

Qaziler.az xəbər verir ki, bu barədə regional Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti yanvarın 16-da məlumat verib.

"Moskva vaxtı ilə saat 12:50-yə olan məlumata görə, qəza nəticəsində yeddi nəfər təcili tibbi yardıma müraciət edib. Onların hamısı avtobusun sərnişin olub", - deyə idarənin VKontakte sosial media platformasında verdiyi açıqlamada bildirilir.

Onlardan altısına ambulator müalicə təyin edilib, biri isə xəstəxanaya yerləşdirilib.

Hadisə iki nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

QAZİLER,AZ