Hakan Fidan "Türkiyə-Baltikyanı xarici işlər nazirləri toplantısı"nda iştirak edib

Hakan Fidan "Türkiyə-Baltikyanı xarici işlər nazirləri toplantısı"nda iştirak edib backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan Litvanın paytaxtı Vilnüsdə keçirilən "Türkiyə-Baltikyanı xarici işlər nazirləri toplantısı"nda iştirak edib.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.

Diplomatik mənbələrdən verilən məlumata görə, görüşdə nazir Fidanla yanaşı, Litva xarici işlər naziri Kestutis Budris, Estoniya xarici işlər naziri Marqus Tsaxkna və Latviya xarici işlər nazirinin müavini Artyoms Ursulskis də iştirak edib.

Fidan həmçinin Litva Parlamentinin sədr müavini və Avropa İşləri Komitəsinin sədri Rasa Budberqeyt və parlamentarilərdən ibarət nümayəndə heyəti ilə görüşüb.

Nazir Fidan həmçinin Finlandiya xarici işlər naziri Elina Valtonen və Litva xarici işlər naziri Budris ilə ayrı-ayrı ikitərəfli görüşlər keçirib.

QAZİLER.AZ