Ermənistan heç vaxt İrana qarşı heç bir addım atmayıb və atmayacaq da.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
"Ermənistan İrana qarşı proseslərə cəlb edilməyəcək", - deyə Simonyan İranın İrəvandakı səfiri Xəlil Şirqolaminin Ermənistanın İrana düşmən qüvvələrin mərkəzinə çevrildiyi barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Onun sözlərinə görə, o Tehranın "Tramp marşrutu" (TRIPP) layihəsi ilə bağlı narahatlığını əsassız hesab edir. "TRIPP, İran da daxil olmaqla, regionun bütün ölkələri üçün böyük iqtisadi imkanlar yaradacaq", - parlament sədri deyib.



