Türkiyədə məşhurları hədəf alan narkotik və fahişəlik istintaqı çərçivəsində polis qrupları əməliyyat keçirib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində aktrisalar Çağla Boz və Melis Sabah da daxil olmaqla, beş nəfər saxlanılıb.

Bildirilib ki, saxlanılan şübhəlilər polis bölməsindəki prosedurlardan sonra saç və qan nümunələrinin götürülməsi üçün Məhkəmə Tibbi Quruma aparılacaqlar.



